Dövlət Komissiyası girov hərbçimizin qaytarılması ilə bağlı məlumat yaydı

media-hightechnic-468x90

Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycana qaytarılıb.

media-banner_tkm

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Yenicag.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının baş nazirinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına uyğun olaraq, 14 iyul 2021-ci ildə Azərbaycan hərbçiləri tərəfindən Laçın rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətandaşları – Gümrü şəhər sakini, hərbi qulluqçu, 27.10.1981-ci il təvəllüdlü Nalbandyan Artur Hayki və Gorus rayon sakini, hərbi hissədə sürücü işləyən mülki şəxs 07.08.1963-cü il təvəllüdlü Torozyan Aramais Qrati azad edilərək Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 7 sentyabr 2021-ci ildə Ermənistana təhvil verilib.

Eyni zamanda, 25 avqust 2021-ci ildə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Ağdərə şəhəri ərazisində saxlanılmış Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Azərbaycana qaytarılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05