İqtisadiyyat.az xəbər verir ki, komandanlığın açıqlamasına görə, əməliyyat İranın Hörmüz boğazında daha bir gəmiyə hücumuna cavab olaraq həyata keçirilib.
Məlumata əsasən, hücumlar nəticəsində İranın raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr, hərbi sursat anbarları, rabitə sistemləri, sahil müşahidə postları və Hərbi Dəniz Qüvvələrinə məxsus obyektlər daxil olmaqla ümumilikdə 140-a yaxın hərbi hədəf məhv edilib.
CENTCOM-un hesablamalarına görə, ABŞ bu həftə ərzində İranda ümumilikdə 300-dən çox hədəfə zərbələr endirib.













