Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibi dəyişib.
Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncamda edilən dəyişiklikdə əksini tapıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə daxil edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri isə Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibindən çıxarılıb.
www.yenicag.az