!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dövlət yardımı üçün məhdudlaşdırıcı qaydalara ETİRAZ: “İşsizlərin qeydiyyata alınmaması doğru deyil”

!Reklam – Yazi

“Birdəfəlik ödəmə üçün nəzərdə tutulan 190 manat iki şəxsin qidalanması üçün çox az bir məbləğdir”.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi bəzi açıqlamalar cəmiyyətdə ciddi anlaşılmazlıq yaradıb. Nazirin işsizlərə yardım olaraq, nəzərdə tutulan birdəfəlik ödəmə şərtlərindən danışarkən, “Əgər ailənin bir üzvü əmək müqaviləsi ilə işləyirsə, ailə üzvlərinin başqa nümayəndəsi əlavə dəstək ala bilməz”, – deyə qeyd edib. Bu yanaşma isə cəmiyyət tərəfindən narazılıqla qarşılanıb.

Mövzu ilə bağlı Yenicag.az-a danışan iqtisadçı Alxan Xələfov bildirib ki, mövcud durumda bəzi işsiz vətəndaşların qeydiyyata alınmaması doğru addım deyil və bu baxımdan, qaydalarda müəyyən dəyişikliklərə ehtyac var:

“Əlilliyə görə, həmçinin sosial yardım alan şəxslərin işsizliyə görə 190 manatlıq müavinət almaq imkanlarının məhdudlaşdırılması haqda qaydanın düzgün olmadığını hesab edirəm. Bununla yanaşı, 190 manat iki şəxsin qidalanması üçün çox az bir məbləğdir. Bu məbləğ yalnız bir şəxsin minimal qidalanmasını təmin edə bilər.

Eyni zamanda, şəxsiyyət vəsiqəsinin müddəti bitən vətəndaşların işsizliyə görə müavinətdən yararlana bilməsi üçün şərait yaradılmalıdır. Dövlət karantin durumunu nəzərə alaraq, bir aylıq da olsa, şəxsiyyət vəsiqələrinin müddəti bitmiş vətəndaşların sənədlərini etibarlı saymaq üçün qərar qəbul edə bilər.

Çünki əksər vətəndaşların məlum sosial durumu bu addımı atmağı zəruri edir. Pensiya kartlarında isə bu məsələ həllini tapıb və kartların istifadə müddəti artırılıb”.

Gülşən Şərif

www.yenicag.az

827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv