!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dron savaşları”, yoxsa İrəvanın yeni OYUNBAZLIĞI? – “Ümid edək ki, bu, əzələ nümayişi olaraq qalar”

!Reklam – Yazi

“Gələcək müharibələrin dron müharibəsi olacağı danılmazdır. İkinci Qarabağ müharibəsi də bunu sübut etdi və texnoloji müharibələrin istiqamətini müəyyənləşdirdi”.

Bunu Yenicag.az-la söhbətində britaniyalı politoloq Neil Uotson deyib.

Analitik son günlər Ermənistanın Fransa və digər Qərb dövlətlərindən dron və digər hərbi-texnoloji avadanlıqların alınması ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Mütəxəssis hesab edir ki, bundan da vacib və narahatedici məsələ bu prosesin arxasındakı səbəblərə nəzər salmaqdır:

“Ermənistan yenidən Rusiyanın təsir dairəsinə qayıda bilər. Çünki İrəvanın Rusiyanı Avropa İttifaqı (xüsusilə Fransanın oradakı gücü səbəbindən) və ABŞ ilə əvəzləmək cəhdləri nisbətən uğursuz olub. Üstəlik, ABŞ prezidenti Donald Tramp ümumilikdə Azərbaycanı dəstəkləyir. Buna görə də Rusiyanın və onun müttəfiqi Hindistanın Ermənistana dəstəyini yenidən gücləndirməsi təbii görünür”.

Onun sözlərinə görə, Rusiya Ukraynada müəyyən dərəcədə qələbə qazanmağa yaxınlaşdıqca, Şərqi Avropa, Qafqaz və Uzaq Şərqdə bir çox ölkələr ona yaxınlaşır:

“Azərbaycan isə getdikcə Rusiyadan uzaqlaşır, xüsusilə 25 dekabr AZAL faciəsindən sonra biz bu uzaqlaşmanı açıq görürük. Cənubi Qafqazda Ermənistan həmişə Rusiyanın ən sadiq müttəfiqi olub, Gürcüstan isə bu mənada əhəmiyyətsiz qalır. Buna görə də hazırda Rusiya Ermənistana dəstək verir və onu müdafiə edir. Ümid edək ki, bu, sadəcə əzələ nümayişi olaraq qalar. Lakin zaman göstərəcək ki, Rusiya sülh sazişini mümkünsüz edəcək addımlar atacaq, yoxsa Ermənistanı yeni bir müharibəyə sövq edəcək”.

Rafi Müslümov

www.yenicag.az

140
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv