!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Dünya Azərbaycanın iqtisadi inkişafını və ordu quruculuğunu tədqiq edir” - Hüseyin Büyükfırat

!Reklam – Yazi

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha sonra Vətən Müharibəsi adını alan Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin hücumlarına qarşı başladığı hərbi əməliyyatlar nəticəsində əldə edilən zəfər ölkənin hər bir vətəndaşını qururlandırır.

Yenicag.az xəbər verir ki, Ordumuzun əldə etdiyi bu möhtəşəm qələbə münasibətilə nəinki vətəndaşlarımız, hətta ölkədə yaradılan biznes şəraitində fəaliyyət göstərən xarici iş adamları da Ali Baş Komandan, Prezident İlham Əliyevə müraciət edərək onu təbrik edirlər.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfırat da İlham Əliyevə məktub ünvanlayaraq əldə edilə zəfər münasibətilə təbrik edib.

Hüseyin Büyükfırat işğaldan azad edilmiş ərazilərdə müxtəlif layihələr həyata keçirməyə hazır olduqlarını ifadə edib:

“Möhtərəm Prezident, müzəffər Ali Baş Komandan.

Sizin rəhbərliyiniz altında müzəffər Azərbaycan Ordusu sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən Müharibəmizdə şanlı zəfər qazanaraq 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini işğalda saxlayan Ermənistanın ordusunu darmadağın edərək təslim olmağa məcbur etmişdir. Sizin qətiyyət və əzminizdən güc alan vətənpərvər, cəsarətli əsgər və zabitlərdən ibarət rəşadətli Azərbaycan Silahlı Qüvvələri bir-birinin ardınca ölkəmizin 300-ə yaxın yaşayış məntəqəsini, o cümlədən 5 şəhərini, eyni zamanda, noyabrın 8-də Qarabağın ürəyi olan Şuşa şəhərini düşmən tapdağından xilas etmişdir. Bununla da doğma torpaqlarından didərgin düşən məcburi köçkünlərimizin, ümumiyyətlə, bütövlükdə Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyulmuşdur. Sizin müdrik rəhbərliyiniz və mükəmməl siyasətiniz nəticəsində əldə edilən bu möhtəşəm qələbə xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır.

Qürur hissi ilə deyə bilərik ki, Qafqazın ən böyük və ən güclü dövləti olan Azərbaycan indi bir çox sahə, xüsusən iqtisadi inkişaf və ordu quruculuğu sahəsində dünyanın əksər ölkələri tərəfindən öyrənilir, tədqiq edilir.

Zati-aliləri, bizə yaşatdığınız milli qürur və sevinc hissi üçün Sizə minnətdarıq.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin İdarə Heyəti və üzvləri olaraq Sizin ətrafınızda sıx birləşdiyimizi bir daha ifadə edir, müvafiq tövsiyə və tapşırıqlarınızı gözlədiyimizi bildiririk. Azərbaycanın, hətta Türk dünyasının mədəniyyət və incəsənət beşiyi sayılan, Qarabağın döyünən ürəyi Şuşada Türkiyə-Azərbaycan qardaşlığının rəmzi və düşmənə gözdağı olan əzəmətli abidə layihəmizi həyata keçirməyə hazır olduğumuzu bir daha ifadə edirik. Vətənimizin bütövlüyü naminə qəhrəmanlıqla döyüşən, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi önündə ehtiramla baş əyirik.

Eşq olsun Azərbaycan Prezidentinə, Ali Baş Komandana!

Yaşasın şanlı Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”

www.yenicag.az

870
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv