Dedilər-güldülər, qol qaldırıb rəqs etdilər. Bir-birindən gözəl, şən-şux mahnılar oxudular, xoş ovqata köklənib, bayram gününün dadını çıxardılar…
Yenicag.az xəbər verirk i, paytaxt Bakıda yerləşən 7 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə “Dünya bizim evimizdir” adlı bayram tədbiri təşkil olunub.
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş şənlik Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OSEP) layihəsi çərçivəsində baş tutub.
Tədbirdə Niderland Krallığın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Pauline Eizema, Milli Olimpiya Komitəsinin Marketing şöbəsinin direktoru Səkinə Vəliyeva, Milli Olimpiya Komitəsinin əməkdaşı Ruslan Məmmədov, OSEP layihəsi ekspert qrupunun sədri Namiq Cəfərov, Səbail Rayonu İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Həşimova, Səbail rayonu Gənclər və İdman idarəsinin müdiri Elnarə Əliyeva iştirak edib.
Tədbirin bədii hissəsində şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Məktəbin direktoru Könül Təhməzova 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə şagirdləri təbrik edib, dövlətimiz tərəfindən uşaqlara göstərilən qayğıdan danışıb, gələcək tədris ilində onlara bol-bol uğurlar arzulayıb.
Tədbirdən videonu təqdim edirik:
Həsən
Cəvahir