Dünya nəhəngi Bakıda – H&M (FOTOSESSİYA)

media-hightechnic-468x90

k9tIm0042RMqDünən Nərgiz MALL Ticarət Mərkəzində dünyaca məşhur brend olan H&M şirkətininölkəmizdəki rəsmi tərəfdaşı “H&M Baku” dükanının açılış mərasimi keçirilib. Açılışda tanınmış iş adamları, müğənnilər, rəqqasələr və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tanınmış teleaparıcı Cavid Gül şirkət və açılış proqramı haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra tanınmış modellər H&M şirkətinin geyimlərini podiumda nümayiş etdiriblər.

Xatırladaq ki, H&M şirkəti ilk dəfə 1947-ci ildə İsveçin Vasteras şəhərində açılmışdır. Daha sonra 1968-ci ildə “Erling Persson” ovçular və balışqçılar Mauritz Widforss üçün mağaza olur. Mağazaya həmçinin, kişilər və uşaqlar üçün geyim xətti əlavə edilərək şirkətin adı “Hennes & Mauritz” olur. Şirkət 2800 mağazalar vasitəsi ilə 49-dan çox ölkədə fəaliyyət göstərir.

Nərgiz MALL Ticarət Mərkəzində yerləşən “H&M Baku” bugündən etibarən müştərilərin ixtiyarına verilir. Şirkətin yüksək keyfiyyətli geyimləri həm çeşid, həm qiymət baxımından hər birinizi qane edəcəkdir.

Yenicag.az “H&M Baku” şirkətinin rəsmi informasiya tərəfdaşı olan 7news.az-a istinadən fotoları təqdim edir:

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600