Dünya xəritəsi yenidən formalaşır: Afrika iki yerə bölünür

media-hightechnic-468x90

Yer kürəsində milyonda bir baş verəcək geoloji hadisənin ilk mərhələsi start götürüb. Alimlər illərdir “ölü” hesab edilən nəhəng çatlağın aktivləşdiyini və yeni bir okeanın doğulduğunu elan ediblər.

media-banner_tuq

Yenicag.az-ın xarici mediaya istinadən məlumatına görə, “Frontiers in Earth Science” jurnalında dərc olunan son araşdırmalar Saxaraaltı Afrikada geri dönməz bir parçalanma prosesinin başladığını təsdiqləyib. Bu qırılma yaxın gələcəkdə dünya xəritəsini tanınmaz hala salacaq.

media-milyonda-bir-ilk-yasaniyor-haritalari-tamamen-degistirecek-o-buyuk-kirilma-basladi-1791545_photogallery_20260519123012_3

Geoloqlar Tanzaniyadan Namibiyaya qədər 2500 kilometr uzanan nəhəng Kafue Riftinin tamamilə fəaliyyətsiz olduğunu düşünürdülər. Lakin son onillikdə qeydə alınan gizli sarsıntılar və yeraltı temperaturun ani artımı elm dünyasını hərəkətə gətirib. Oksford Universitetinin tədqiqat qrupu Zambiyadakı geotermal mənbələrdə apardıqları araşdırmada şok nəticələrlə qarşılaşıblar.

Tədqiqatçılar yer qabığının yüzlərlə kilometr altından mantiyadan sızan çox nadir Helium-3 elementini aşkar ediblər. Bu qazın səthə çıxması yer qabığının ən alt təbəqəsinin artıq ayrılmağa başladığını və maqmanın yuxarıya doğru yol açdığını sübut edir.

media-milyonda-bir-ilk-yasaniyor-haritalari-tamamen-degistirecek-o-buyuk-kirilma-basladi-1791545_photogallery_20260519123012_4

Professor Mayk Dalinin rəhbərlik etdiyi komandanın qənaətinə görə, bu proses qitənin cənub hissəsinin ana qurudan tamamilə ayrılması ilə nəticələnəcək. Yaradılan yarıqlara əvvəlcə Aralıq dənizi və Hind okeanının suları dolacaq, nəticədə dünya xəritəsinə tamamilə yeni bir okean əlavə olunacaq. Alimlər bu nəhəng bölünmənin 5-20 milyon il ərzində tamamlanacağını proqnozlaşdırırlar.

Qitənin parçalanması milyon illər çəksə də, Zambiya üçün bu vəziyyət indidən böyük iqtisadi potensial vəd edir. Yeraltı yüksək istilik ölkədə nəhəng geotermal enerji stansiyalarının qurulmasına, həmçinin aviasiya və tibb sənayesində strateji əhəmiyyətli olan helium qazının toplanmasına imkan yarada bilər.

Hazırda elm adamları yeni plitə sərhədinin dəqiq xəritəsini çıxarmaq üçün genişmiqyaslı analizlərini davam etdirirlər.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05