!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada koronavirusla bağlı STATİSTİKA - Yoluxanların sayı 5 milyon 200 mini ötdü

!Reklam – Yazi

Dünyada koronavirusa yoluxanların 2 092 168 nəfəri sağalıb.

Yenicag.az xəbər verir ki, indiyədək 5 207 910 nəfər koronavirusa yoluxub, 334 848 nəfəri isə ölüb.

Ən çox yoluxma halı ABŞ (1 577287), Rusiya (326 448) və Braziliyada (310 087) qeydə alınıb.

Qeyd edək ki, mayın 21-nə olan məlumata görə, Azərbaycanda indiyədək 3 749 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 2 340 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 44 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 153 548 nəfər yoluxub, 4 249 nəfər ölüb. İranda isə 129341 nəfərə koronavirus diaqnozu qoyulub. Son məlumata görə, bu ölkədə 7 249 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 721-ə çatıb. Onların 485-i artıq sağalıb, 12-si isə vəfat edib.

Ermənistanda indiyədək 5 928 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 74 nəfər ölüb.

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv