!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Dünyada, yəqin ki, belə şey olmayıb" - Adamlarla birgə yerin altına düşən avtobus TAPILMIR - VİDEO

!Reklam – Yazi

İki həftəyə yaxındır insanlarla dolu avtobus axtarılır.

Yenicag.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Tengrinews.kz” nəşri məlumat yayıb. Fövqəladə Hallar nazirinin müavini Bauyrjan Sızdıkov Pavlodar vilayətində insanlarla birlikdə yerin altına düşən avtobusun axtarışı üzrə aparılan əməliyyatdan danışıb,

“Orada vəziyyət çox mürəkkəb və ciddidir. Mütəxəssislər yerin skanını aparıb avtobusun təxminən harada olduğunu aşkar ediblər. Bu cihaz onu göstərir ki, orada həqiqətən də metal var. Amma təəssüf ki, hələ də avtobusun altında boşluq var. Ona görə də bizim Xilasedicilər orada çox ağır şəraitdə işləyirlər.

Birincisi, orada sıfırdan aşağı temperatur, ikincisi, xilasedicilərin və işçilərin özlərinin həyat və sağlamlığı üçün təhlükə var. Əgər Allah eləməsin, torpaq geriyə doğru hərəkət edərsə, orada işləyən insanlar da ölə bilər”, – Sızdıkov deyib.

O qeyd edib ki, xilasedicilər avtobusun altında nə qədər yer olduğunu bilmirlər və bu, xilasetmə əməliyyatını daha da çətinləşdirir.

“Təbii ki, orada bütün təhlükəsizlik tədbirləri görülüb, bu gündən avtobusun olduğu ehtimal edilən yerə yan tərəfdən avadanlığın giriş-çıxışı təmin olunub. Artıq 2 min kubmetrdən çox torpaq götürülüb. Yalnız dünən yenidən asılmış vəziyyətdə olan beş kubmetrlik ekskavatora giriş imkanı verə biliblər və avtobusun üstündə olduğu güman edilən torpağı yavaş-yavaş oradan çıxarmağa başlayıblar.

Biz bütün digər ölkələrin təcrübəsini öyrənmişik. Düzünü desəm, heç yerdə belə bir şeyə rast gəlməmişik. Bu, bizim üçün Qazaxıstanda ilk dəfədir”, – Sızdıkov bildirib.

Xatırladaq ki, yanvarın 4-nə keçən gecə KAVZ avtobusunda olan 4 xilasedici Maykainzoloto ASC şaxtası ərazisində tüstülənmə ilə bağlı zəngə cavab verib. Maykainzoloto ASC-nin ərazisindəki texnoloji yol ilə əraziyə gedərkən avtobus fəaliyyətsiz şaxtanın təmizləyici sahəsinə düşüb.

İki nəfər ölü tapılıb. Onlar düşən avtobusun xaricində olublar. Lakin içərisində daha iki xilasedicisi olan nəqliyyatın özü hələ də tapılmayıb.

Axtarışlarda buldozer, ekskavator və yükləyicilərdən istifadə olunub. Ağır mühəndis avadanlıqlarının köməyi ilə çökmənin dibinə keçid edilir. Qeyd olunub ki, kraterin kənarlarından torpaq çökməkdə davam edir.

Xuraman Etibarlı

COP29

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv