!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Efiri dava meydanına çevirən TELEKANALLAR: “Belə verilişlərdən həzz alırlar” - Baba Vəziroğlu

!Reklam – Yazi

“Həmin verilişlərə sponsorluq etmək üçün bir-biri ilə dava edirlər”.

Bunu son vaxtlar telekanallarda, xüsusən də sosial verilişlərdə iştirakçılar arasında adi hala çevrilən davalara münasibət bildirərkən əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu Yenicag.az-a açıqlamsında deyib.

Şair həmin verilişlərin telekanallara reytinq gətirdiyini söyləyib:

“Televiziyanın üç funksiyası var: informasiya, maarifləndirmə və əyləncə. Bu kateqoriyalı verilişlər əyləncə bölümünə daxildir. Televiziyalar milləti əyləndirir.Heç də elə düşünmürəm ki, bu, insanları əsəbiləşdirir. Xeyr, insanlar əsəbiləşmir və çox böyük məmnuniyyətlə baxırlar.  Telekanallar da bundan reytinq qazanır. Həmin verilişlərə sponsorluq etmək üçün bir-biri ilə dava edənlər də var.

Yusif Səmədoğlunun “Qətl günü” filmində bir fraza var; Bu gün həm edam olacaq, həm də tamaşa. Şairin başını bədənindən ayıracaqlar, bu edamdır. Həm də tamaşa və millət axışacaq onun tamaşasına. Bizdə də şairin başını kəsmək tamaşasına baxmaq istəyənlər çoxdur. Ona örə də bu verilişlər belə populyardır. Əhalinin bir faizi əsəbiləşib belə verilişlərə baxmaya bilər”.

Baba Vəziroğlu qalmaqal, dava xarakterli verilişləri təqdir etmədiyini bildirib:

“Mənim təqdir edib-etməməyimdən asılı olmayaraq, bu, reallıqdır. Amma özümə gəlincə, mən ümumiyyətlə o verilişlərə baxmıram, getmirəm və təqdir də etmirəm. Məni daha ciddi problemlər maraqlandırır. Kimsə arvadını boşadı, kimsə uşaqlarını atdı getdi, bunlar hamısı ailə dramıdır. Hərdən bu verilişlərə həyat materialı toplamaq üçün baxıram. Görürəm bizim cəmiyyətin ümumi mənzərəsi nədir”.

Cəvahir

www.yenicag.az

518
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv