Əfsanəvi basketbolçu vəfat etdi

media-hightechnic-468x90

Keçmiş Yuqoslaviya milli komandasının və “Olimpiya”nın sabiq basketbolçusu Borut Bassin vəfat edib.

Yenicag.az xəbər verir ki, əfsanəvi oyunçu 78 yaşında dünyasını dəyişib.

Veteran müdafiəçi Lyublyana təmsilçisinin tarixində ən yaxşı basketbolçulardan biri hesab olunurdu.

Qeyd edək ki, Borut Bassin Yuqoslaviya yığması ilə 1963-cü il Avropa çempionatı və 1967-ci il dünya çempionatının gümüş mükafatçısıdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600