Avropa liderləri Trampa qarşı plan hazırlayıb

media-hightechnic-468x90

Avropa dövlətlərinin liderləri Brüsseldə keçirilən işgüzar şam yeməyində ABŞ Prezidenti Donald Trampın təhdid və təzyiqlərinə qarşı durmaq üçün bir plan hazırlayıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Qəzetdə bildirilib ki, Trampı Avropaya iqtisadi zərbə vurmaqla hədələmək, siyasətçilərini alçaltmaq və dəyərlərini tənqid etdikdən sonra Avropa liderləri plan hazırlayıblar.

Planda ABŞ prezidentinin gələcək təxribatlarına soyuqqanlı reaksiya vermək və cavab kimi rüsumlar tətbiq etməklə hədələmək nəzərdə tutulub.

Bundan əlavə, onlar Vaşinqtondan hərbi və iqtisadi asılılığı azaltmağı planlaşdırıblar.

Mənbələrə görə, İtaliyanın Baş naziri Corciya Meloni görüşdə ABŞ prezidenti ilə dialoqun davam etdirilməsini təklif edib, Almaniya kansleri Fridrix Merz də ABŞ-dan iqtisadi asılılığı azaltmaq üçün sürətli tədbirlərin görülməsini təklif edib. Fransa Prezidenti Emmanuel Makron isə Avropanın Vaşinqtona qarşı mübarizə aparmaq istəyini nümayiş etdirməli və bununla da Trampın hörmətini qazanmalı olduğunu bildirib.

Qəzet Avropa liderlərinin planını cəsarətli, ancaq kifayət qədər mücərrəd adlandırıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa