“Real” Çempionlar Liqasında 9,2 milyon avro itirib
İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində 9,2 milyon avro itirib.
Yenicag.az xəbər verir ki, “Liverpul”, “Mançester Siti” (hər ikisi İngiltərə) və “Benfika” (Portuqaliya) ilə oyunlarda alınan məğlubiyyətlər nəticəsində “Kral klubu” 6,3 milyon avrodan məhrum olub.
Bundan əlavə, son turda turnir cədvəlində üçüncü yerdən doqquzuncu pilləyə geriləmək “Real”a daha 1,9 milyon avroya başa gəlib.
Madrid təmsilçisi birbaşa 1/8 finala vəsiqə qazansaydı, 2 milyon avro əldə edəcəkdi, lakin pley-off mərhələsinə düşdüyü üçün yalnız 1 milyon avro qazanıb.












