!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Əhalinin 78 faizi içməli su ilə təmin olunur" - Agentlik sədri

!Reklam – Yazi

Son 20 ildə paytaxt və bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə məhsuldarlığı saniyədə 19,1 kubmetr olan 45 yeni su mənbəyi yaradılıb, Oğuz-Qəbələ-Bakı, Ceyranbatan, Şəmkirçay sutəmizləyici qurğuları, Külüllü mənbələri kimi böyük infrastruktur layihələri həyata keçirilib.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 5 iyun – Su təsərrüfatı və meliorasiya günü münasibətilə AZƏRTAC üçün məqaləsində bildirib.

Onun sözlərinə görə, 54 şəhər və rayon mərkəzində içməli və tullantı su infrastrukturlarının yenidənqurulması işləri icra edilib, 32 şəhərdə şəbəkələrin tikintisi işləri tam yekunlaşdırılıb: “Yaradılmış infrastruktur hesabına içməli su ilə təmin olunan əhalinin sayı 2003-cü ilə nisbətən 2 milyon 700 min nəfərdən 8 milyon nəfərə, o cümlədən fasiləsiz içməli su ilə təmin olunan əhalinin xüsusi çəkisi ölkə üzrə 26 faizdən 78 faizə, Bakı şəhərində 29 faizdən 80 faizə qədər yüksəlib”.

 

www.yenicag.az

162
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv