!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Eldar Əzizovun 1-ci müavin təyinatını araşdırmağa ehtiyac görmürəm” – Fəzail Ağamalı  

!Reklam – Yazi

“Başçı təyin olunmadan, onun birinci müavininin təyin olunması kimi sualları bir kənara qoymaq lazımdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Eldar Əzizovun Bakı şəhər icra hakimiyyəti başçısının 1-ci müavini təyin edilməsi haqqında yayılmış məlumatlara münasibət bildirən Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

Fəzail Ağamalının fikrincə, Eldar Əzizov problem yaradan məmur imici qazanmayıb:

“Mən də axşam telekanallardan birindən eşitdim ki, Eldar Əzizov Bakı şəhər icra hakimiyyətinin başçısının 1-ci müavini təyin olunub. Sizin qoymuş olduğunuz sual məncə, o qədər də adekvat deyil.

Şəxsən mən, Eldar Əzizovun bu təyinat məsələsini araşdırmağa ehtiyac görmürəm. Hər halda, Azərbaycan telekanalı belə bir təyinat haqqında məlumat yayıbsa, buna etimadla yanaşmalıyıq.

Ümumiyyətlə, Eldar Əzizov indiyə qədər tutduğu postlarda prezidentin onun qarşısında qoyduğu vəzifələri yerinə yetirməyə səy göstərib. Mən deyərdim ki, o, problem yaradan məmur imici qazandırmayıb.

Əzizov intellektual və mədəni səviyyəsi, o cümlədən idarəçilik bacarığı yüksək olan və ölkə prezidentinin siyasətinə sədaqətli olan bir məmurdur. Fikrimcə, bu, yerində olan bir təyinatdır.

Başçı təyin olunmadan, onun birinci müavininin təyin olunması kimi sualları bir kənara qoymaq lazımdır. Bu təyinat ölkə prezidentinə Konstitusiya ilə verilmiş səlahiyyət çərçivəsində həyata keçirilib. Ona görə də, bu məsələ ətrafında müzakirə açmalı deyilik”.

A.Zeynalov

www.yenicag.az

2954
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv