!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Eldəniz Səlimovun həbsinə MÜNASİBƏT: "Saxta yolla deputat olmasaydı..." - Partiya sədri

!Reklam – Yazi

“YAP öz fəaliyyətsizliyi ilə digər partiyalara nümunə və cəmiyyətdəki süstlüyün səbəbi kimi çıxış edir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin son toplantısı zamanı edilmiş bir sıra dəyişikliklər fonunda YAP-çı deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğv edilərək həbs olunmasına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Sərdar Cəlaloğlu YAP-ın ətrafındakı insanların hakimiyyət hərisi olduqlarını vurğulayıb:

“Yeni Azərbaycan Partiyasında baş verən dəyişikliklər, demək olar, nə YAP-ın fəaliyyətində, nə onun digər siyasi qüvvələrə münasibətində, nə də dövlət-hakimiyyət əlaqələrində fundamental dəyişikliyə gətirib çıxarıb. Yenə əvvəlki kimi partiyanın hakimiyyətin müəyyən edilməsində heç bir rolu yoxdur. YAP öz fəaliyyətsizliyi ilə digər partiyalara nümunə və cəmiyyətdəki süstlüyün səbəbi kimi çıxış edir. Aralarında da əvvəlki kimi xalqa, dövlətə bağlı adamlardan daha çox hakimiyyət hərisi olan insanlar toplanır”.

Partiya sədri deputat Eldəniz Səlimovun həbs edilməsini klanlararası mübarizə ilə əlaqələndirib:

“Eldəniz məsələsi bir daha göstərir ki, seçki saxtakarlığında iştirak edən adamların hamısı böyük təhlükədədir. Eldəniz saxta yolla deputat olmasaydı, bu gün həbsxanada oturmazdı. Burada klanlararası rəqabət gedir. Ona görə də bunu Azərbaycanda ədalətin bərpası kimi dəyərləndirə bilmərik. Bu məsələdə xalq kənarda qalmalıdır. Bu, bir klanın digər klana qarşı addımıdır”.

Aqil Bəkir

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv