Əməkdar müəllimi məktəb direktoru vəzifəsindən azad etdilər – Valideynlər etiraza qalxdı – VİDEO

Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev səbəbsiz yerə işdən azad edilib.

Yenicag.az xəbər verir ki, direktorun heç kimə məlumat vermədən işdən azad edilməsindən sonra məktəbdə dərslər iflic olub. Valideynlər və müəllimlər məktəbin həyətində aksiya keçirir, direktorun səbəbsiz işdən çıxarılmasına etiraz edirlər.

Valideynlər bildiriblər ki, Xanlar İmaməliyev məktəbdə təhsilin səviyyəsində və şagirdlərin hazırlığında yüksək peşəkarlıq nümayiş etdirən direktordur. Onlar qeyd ediblər ki, X.İmaməliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təriflədiyi məktəb direktoru olub.

Müəllimlər və valideynləri Elm və Təhsil Nazirliyinin məktəb direktorunun işdən çıxarılması qərarına etiraz edirlər. Valideynlər bu məktəbdə başqa direktorun olmasını istəmədiklərini deyirlər.

 

COP29