Ən yüksək balı onlar topladı
25 may 2025-ci il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri elan olunub
Yenicag.az-ın Dövlət İmtahan Mərkəzinə istinadla verdiyi məlumata görə, II ixtisas qrupu üzrə bu imtahanda ən yüksək nəticəni 391.7 balla Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Fuad Əlikram oğlu Cənnətov göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb.
II ixtisas qrupu üzrə hər iki mərhələnin nəticələrinin cəminə əsasən ən yüksək nəticəyə isə Bakı Türk Liseyinin (Türkiyə Dəyanət Vəqfi) məzunu Xədicə Xaliq qızı İsmayılzadə imza atıb. O, ümumilikdə 680.0 bal toplayıb – birinci mərhələdə 300, ikinci mərhələdə isə 380.0 bal.
III ixtisas qrupu üzrə keçirilən imtahanda isə 400 bal toplayan iki abituriyent – Qax rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Çiçək Hümmət qızı Hümmətli və Qazax rayonu 1 saylı şəhər tam orta məktəbinin məzunu Əli Ruslan oğlu İbrahimov ən yüksək nəticəni göstəriblər. Çiçək Hümmətli birinci mərhələdə 297.5 bal toplayaraq ümumilikdə 697.5 balla III ixtisas qrupu üzrə ən yüksək nəticə göstərən abituriyent olub. Əli İbrahimov isə birinci mərhələdə 290 bal toplayıb.