“Ankara Fələstin məsələsində sərt, ABŞ və Qərblə isə strateji balans tərəfdarıdır” – Politoloqdan ŞƏRH

media-hightechnic-468x90

“Trampın açıqlaması Türkiyənin Yaxın Şərqdəki strateji əhəmiyyətinin etirafıdır.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

media-whatsapp-image-2026-07-08-at-16-26-21

Politoloq Trampın Ankarada keçirilən NATO zirvəsində Türkiyənin İsraillə müharibə etmək istəməsinin qarşısını alması haqqında verdiyi açıqlamaları şərh edərək bunun mümkün ola biləcəyini vurğulayıb:

“Türkiyənin İsrailə qarşı müharibəyə girmək istəməsi ilə bağlı Trampın dediklərində həqiqət payının nə qədər olduğunu demək çətin olsa da, Trampın bununla bağlı Netanyahuya xəbərdarlığı olduqca diqqətçəkicidir. Çünki bu, təkcə Türkiyə–İsrail münasibətləri kontekstində deyil, daha geniş şəkildə ABŞ-ın Yaxın Şərq siyasəti və Ankara–Vaşinqton əlaqələrinin gələcəyi baxımından əhəmiyyətli mesajdır. Əvvəla, bu açıqlama hər şeydən öncə Trampın Netanyahunu nəzarətdə saxlamaq üçün Türkiyə kartından da istifadə etdiyini göstərir. İkincisi, bu açıqlama Trampın özünü regional böhranların idarə edilməsində əsas vasitəçi kimi təqdim etmək cəhdinin bir hissəsi kimi qiymətləndirilə bilər. Tramp əvvəlki siyasətində də liderlərarası şəxsi münasibətlərin diplomatiyada mühüm rol oynadığını vurğulayıb. O, Ərdoğanla münasibətlərini dəfələrlə xüsusi qeyd edib və bu dialoq kanalını ABŞ-ın regional məsələlərdə təsir imkanlarından biri kimi təqdim edib. Lakin məsələnin digər tərəfi Türkiyənin Yaxın Şərqdəki mövqeyi ilə bağlıdır. Ankara son illərdə bölgədə daha fəal xarici siyasət yürüdür və özünü təkcə NATO üzvü kimi deyil, həm də regional güc mərkəzi kimi təqdim edir. Xüsusilə Qəzza müharibəsi, İran–İsrail gərginliyi və Suriyadakı proseslər fonunda Türkiyənin mövqeyi regiondakı siyasi balans baxımından mühüm əhəmiyyət daşıyır. Məlumdur ki, Türkiyə İsrailin Qəzzadakı əməliyyatlarını sərt şəkildə tənqid edən ölkələrdən biridir. Eyni zamanda Ankara ABŞ və NATO ilə strateji əlaqələrini qoruyur ki, bu da Türkiyənin siyasətində mürəkkəb balans yaradır. Yəni bir tərəfdən Fələstin məsələsində sərt mövqe nümayiş etdirir, digər tərəfdən isə ABŞ və Qərb strukturları ilə təhlükəsizlik əməkdaşlığı davam etdirilir. İstənilən halda Trampın açıqlaması Türkiyənin regional çəkisini vurğulamaq baxımından önəmli hadisədir. ABŞ Prezidenti faktiki olaraq Ərdoğanı Yaxın Şərqdə təsir imkanları olan lider kimi təqdim edir və onun qərarlarının regiondakı proseslərə təsir edə biləcəyini göstərir. Bu, eyni zamanda Vaşinqtonun Ankara ilə münasibətlərdə qarşılıqlı asılılığı nəzərə aldığını da nümayiş etdirir.”

R. Bayramov qeyd edib ki, ABŞ Yaxın Şərqdə münaqişələrin tərəfdarı deyil:

“Digər mühüm məqam ondan ibarətdir ki, ABŞ hazırda Yaxın Şərqdə yeni genişmiqyaslı qarşıdurmanın yaranmasında maraqlı deyil. İranla gərginlik, İsrailin təhlükəsizliyi və regional sabitlik arasında balans yaratmaq Vaşinqton üçün əsas problemlərdən biridir. Türkiyənin bu proseslərdə necə davranacağı ABŞ üçün də əhəmiyyətlidir, çünki Ankara həm NATO üzvüdür, həm də regionda təsir imkanlarına malikdir. Odur ki, Trampın Ankara açıqlaması bir tərəfdən onun öz diplomatik rolunu ön plana çıxarmaq cəhdi, digər tərəfdən isə Türkiyənin Yaxın Şərqdəki strateji əhəmiyyətinin etirafıdır. Bu açıqlama göstərir ki, Vaşinqton Ankara ilə münasibətlərini daha geniş regional təhlükəsizlik hesablamaları daxilində qiymətləndirir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05