!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ərdoğan hava qüvvələrinə inanmır deyə S-400 aldı" - “Röyters”in ittihamına Türkiyədən cavab

!Reklam – Yazi

ABŞ Türkiyənin S-400 almasına 15 iyul çevriliş cəhdinə görə mane ola bilməyib.

Yenicag.az Axar.az-a istinadən bildirir ki,bu məlumatı “Röyter” öz mənbələrinə istinadən yayıb.

“Özünüzdən soruşun: Ərdoğan niyə bir rus sistemini istəyir? Ona görə ki, hərbi hava qüvvələrinə güvənmir”, – deyə agentliyin mənbəsi deyib.

Agentliyə danışan ABŞ Müdafiə Nazirliyindəki başqa bir mənbə isə Ərdoğanın özünü qorumaq üçün rus sistemi istədiyini təsdiqləyərək, bunun xüsusilə NATO-ya inteqrasiya olmayan bir sistem olduğunu söyləyib.

“Röyter”ə danışan, amma adının çəkilməsini istəməyən Türkiyə hökumətinin rəsmisi isə Ankaranın orduyla bağlı belə fikirlərə sahib olmadığını deyib. O, Türkiyənin başqa bir çevriliş təhdidiylə üz-üzə qalmadığını da vurğulayıb.

Adının çəkilməsini istəməyən başqa bir amerikalı rəsmi isə ABŞ-la Türkiyə nümayəndələri arasında 2018-ci ildə baş tutan görüşlərdən birini xatırladıb. O, Türkiyə nümayəndə heyətinin hava hücumundan müdafiə sistemi almaq barədə danışarkən öz hərbi hava qüvvələrinin ölkənin məruz qaldığı ən böyük təhlükəsizlik təhdidi olduğunu etiraf etdiklərini bildirib.

COP29

www.yenicag.az

1344
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv