Ərdoğandan ZƏFƏR çıxışı – Canlı

AKP lideri, Türkiyənin baş naziri R.T.Ərdoğan seçkilərin nəticələri tam açıqlanmamış olsa da, partiyasının mərkəzi ofisinin bolkonundan xalqa xitab edib. .
Ərdoğan çıxışına dünyanın hər yerindən AKP üçün dəstək və dua edənlərə təşəkkürlə başlayıb. Daha sonra müxalifətə və “paralel yapı” dediyi Fətullah Gülən camaatına kəskin şəkildə tənqidlər yağdırıb. Ərdoğan “Millət bu gün sandıqda Türkiyəyə və dünyaya mesaj verdi”, deyərək, qalib kimi çıxışını davam etdirib.
“Bu gün kaset siyasəti uduzmuşdur, millət bunlara gerçək Osmanlı tokatı çəkmişdir”, deyən baş nazir siyasi müxalifəti də qınayıb. Ərdoğan deyib ki, “sandıqda bu gün demokratiya, milli iradə qazandı… Kimin nə məsələsi varsa, sandıqda çözüm yolu axtarmalıdır”.
Ərdoğan deyib ki, biz partiyamıza səs verməyən vətəndaşın da təpkisini və mesajını anladıq. Bunun üzərində də düşünəcəyik. Lakin yaxşı olar ki, müxalifət də bu barədə düşünsün, sandıqda verilən mesajı doğru anlasın. Ərdoğan siyasi müxalifəti Pensilvaniyadan gələn təxribatlara uymaqda suçladı.
Türkiyənin baş naziri “əski Türkiyə yoxdur, indi Yeni Türkiyə vardır. Bu Yeni Türkiyənin yeni müxalifətə ehtiyacı vardır. Sadəcə iqtidar partiyasının Türkiyəni qucaqlamağa imkanı yoxdur. Bunu müxalifətlə birgə etməliyik. … Müxalifət partiyalarının yönəticiləri bu axşam aynaya baxmalı, hərəkətlərinə çəki-düzən verdməlidirlər. Onlar AK partinin biləyini tək bükə bilmədilər, kollektiv çalışdılar”…
Ərdoğanın “Millət istiqlalına uzanan əlləri sandığa gömmüşdür”, sözü AKP binası qarşısına toplanan onminlərlə vətəndaş tərəfindən coşqu və alqışlarla qarşılanıb.
“Bayrağına sahib çxan əziz milətimə təşəkkür edirəm… Biz əzəldən gələn, əbədə gedən bir davanın sadəcə xidmətçiləriyik… Sabah biz olmayacağıq, amma bu dava olacaq… “