Erməni qəzetindən XƏBƏRDARLIQ: “Azərbaycan tezliklə keçmiş prezidentlərin həbs olunduğunu elan edəcək”
“Azərbaycan Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və Samvel Şahramyanın Qarabağı tərk etməsinə icazə vermədi”.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Qəzet Azərbaycanın Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və Samvel Şahramyanın Qarabağı tərk etməsinə icazə vermədiyini yazır.
“Mənbəmiz bildirir ki, Azərbaycan hakimiyyəti tezliklə keçmiş prezidentlər Bako Saakyan və Arkadi Qukasyanın Həkəri körpüsündə həbs olunduğunu elan edəcək. Video tezliklə yayımlanacaq.
Onların qarşısından keçən, içərisində daxili işlər və milli təhlükəsizlik nazirlərinin olduğu avtomobilə buraxılsa da, keçmiş prezidentlər saxlanılıb. Vitali Balasanyan və parlamentin spikeri David İşxanyanın harada olduğu bilinmir”, – nəşr yazıb.
Xuraman Etibarlı