Erməni sakinlər Azərbaycandan bunu xahiş etdilər

Xəbər verdiyimiz kimi, bu gün Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə növbəti görüş keçirilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Yenicag.az-a verilən məlumata görə, görüşdə erməni sakinlər daha bir xahişlə çıxış ediblər.

“Xahiş olunub ki, Azərbaycanın müvafiq dövlət qurumları mobil rabitə xidmətinin, televiziya və radio yayımının təşkili istiqamətində tədbirlər görsünlər”, – məlumatda qeyd olunur.