Ermənilər Azərbaycan bayrağını tanklarına taxırdılar ki,… – ŞOK FAKTLAR / VİDEO

Bir neçə il öncə 630 balla universitetə daxil olmuş, müharibə başlayanda cəbhəyə könüllü yollanmış qazimiz Pərviz Əliyev Vətən müharibəsindəki xatirələrini bölüşüb.

Yenicag.az baku.tv-yə istinadən xəbər verir ki, o, döyüşlər zamanı ermənilərin tanklara Azərbaycan bayrağı taxaraq onları aldatdığını söyləyib:

“Biz elə bildik ki, onlar bizimkilərdir və ona görə onları vurmadıq. Azərbaycan dilində bizi çağırırdılar ki, “gəlin bura”. Daha sonra tanklar və BMP-lər bizə atəş açdı. Sonra biz onların 2 tankını vurduq, geri çəkildilər”.

Qeyd edək ki, P.Əliyev başından vurulub. Ağır əməliyyatdan sonra onun həyatını xilas etmək mümkün olub.

Loading...