Ermənilər elektrik yarımstansiyasını partlatdı – 11 kənd işıqsız qaldı

media-hightechnic-468x90

cdd79Erməni silahlı birləşmələrinin ötən gecə Tərtər rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində bir neçə kəndə ziyan dəyib.

media-banner_tkm

Bunu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

İcra başçısı bildirib ki, erməni silahlı birləşmələrinin atdığı mərmilərdən biri İsmayılbəyli kəndində 35/10 kilovatlıq elektrik yarımstansiyasında partlayıb: “Yarımstansiyanın tamamilə sıradan çıxması nəticəsində 11 kəndə elektrik enerjisinin verilməsi dayanıb. Hazırda yarımstansiyada təmir-bərpa işləri aparılır və artıq bir neçə kənd elektrik enerjisi ilə təmin olunub. Günün birinci yarısında digər kəndlərə də elektrik enerjisinin verilməsi bərpa olunacaq”.

Hadisə nəticəsində bir neçə kənddə 8 mənzilə də ciddi ziyan dəydiyini deyən icra başçısı bildirib ki, onlardan 5 ev və bir mal tövləsi tamamilə dağılıb: “Yuxarı Qapanlı kəndində 1 ev, Əskipara kəndində 3 ev, Seyidimli kəndində isə Kəlbəcər rayonundan olan məcburi köçkün ailəsinin evi və mal tövləsi dağılıb”.(Trend)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05