Ermənistan NATO ilə əməkdaşlıqdan imtina edir

media-hightechnic-468x90

ççççççççlçoilploErmənistanın müxalif mediası bu ölkənin NATO ilə əməkdaşlığın dayandırılması ehtimalına əsaslanaraq analitik yazı ilə çıxış edib.

Həmin məqalədə bu fikirlərə yer verilib:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının son görüşündə NATO ilə əməkdaşlığın dayandırılması qərarı verilib.

Bu barədə KTMT-nin Baş katibi Nikolay Bordyuja bildirib.

Ermənistan da KTMT-nin üzvü olduğundan, çox böyük ehtimal ki, Xarici İşlər naziri Edvard Nalbandyan NATO ilə əməkdaşlığın dayandırılmasına razılıq verib. Lakin Edvard Nalbandyan Moskvada Alyansla əlaqələri bitirərkən, Müdafiə naziri Seyran Ohanyan Brüsseldə NATO-nun qərargah iclasında əlaqələri davam etdirmək barədə danışırdı.

NATO ilə əməkdaşlıq məsələsində İrəvan “ikili standartlar” göstərir. Əgər KTMT-nin Xarici İşlər nazirlərinin görüşündə NATO ilə əməkdaşlığın dayandırılması qərara alınıbsa, bu, Ermənistanın siyasi kursunda dramatik dəyişiklik deməkdir. Amma Ermənistan rəhbərliyi bu mühüm dəyişiklik barədə ictimaiyyəti məlumatlandırmaq zərurəti hesab etmir.

NATO ilə əməkdaşlıq bir neçə səbəbə görə Ermənistanın təhlükəsizlik sisteminin mühüm komponentlərindən biridir. Ermənistan bununla qüvvələr balansını saxlayır. Lakin Rusiya bu tarazlığı pozmaq və açarları əlinə almaq üçün çalışır.

Ermənistan təhlükəsizlik sistemi kimi KTMT-yə etibar etmir. Çünki KTMT-nin döyüş əməliyyatlarında iştirakı və təcrübəsi çox azdır. Ermənistan Xarici İşlər nazirinin Nikolay Bordyujanın açıqlaması üçün şərh verməsi tələb olunur. Ermənistan NATO ilə əməkdaşlığı dayandırıbmı?”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600