!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistan niyə Roma Statutunu ratifikasiya ETDİ? – DETALLAR

!Reklam – Yazi

Zamanla beynəlxalq ictimaiyyət müxtəlif problemləri həll etmək, əməkdaşlıq formatları yaratmaq və beynəlxalq münasibətlərdə aktorların davranışlarını tənzimləmək üçün müxtəlif mexanizmlər formalaşdırıb. Böyük güclər beynəlxalq hüquq və institutları öz maraqlarına uyğun istifadə etsələr də, bu mexanizmlərdən kiçik dövlətlər də yararlana bilər. Lakin bu alətlərin effektivliyi tətbiq olunma formasından asılıdır. Bəzi hallarda bu mexanizmlər uğurla işə düşsə də, digər hallarda effektiv nəticə vermir.

Yenicag.az xəbər verir ki, bu barədə “Past” məlumat yayıb.

Erməni nəşri yazır ki, beynəlxalq mexanizmlərin tətbiqinə beynəlxalq aktorların reaksiyası da nəzərə alınmalıdır:

“Xüsusilə, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu kontekstdə mühüm yer tutur. Məhkəmənin əsas xüsusiyyəti odur ki, o, beynəlxalq cinayətlər törədən fərdləri mühakimə edə bilən ilk daimi qurumdur. Bu, diktatorların, hərbi cinayətkarların və digər beynəlxalq cinayətlərin törədicilərinin ədalət qarşısına çıxarılması üçün vacib bir vasitədir. Məhkəmə Afrika ölkələrində hərbi cinayətkarların mühakiməsi ilə bağlı uğurlu presedentlər yaratsa da, bir çox hallarda effektivliyini sübut edə bilməyib. Məsələn, 2015-ci ildə BCM Sudan Prezidenti Ömər əl-Bəşir barəsində həbs qərarı çıxarsa da, bir çox üzv dövlətlər onu saxlamadı. Bu isə onu göstərir ki, məhkəmə üzv ölkələrin siyasi iradəsindən asılıdır, çünki cinayətkarları həbs etmək üçün öz icra orqanına malik deyil. Digər tərəfdən, məhkəmənin işinə böyük dövlətlər – ABŞ, Çin və Rusiyanın onu tanımaması da mane olur”.

Qəzetin məlumatına görə, bütün bu məhdudiyyətlərə baxmayaraq, beynəlxalq ədalət mexanizmlərinin müəyyən hallarda effektiv işlədiyi də məlumdur:

“Məhz bu səbəbdən 2023-cü ildə Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin əsasnaməsi olan Roma Statutunu ratifikasiya etdi. Ermənistan hakimiyyəti, xüsusilə Baş nazir Nikol Paşinyan bildirirdi ki, bu addım ölkəyə qarşı törədilən cinayətləri hüquqi müstəviyə daşımaq üçün atılıb. Əgər Ermənistan əvvəldən məhkəmə iddialarından imtina edəcəkdisə, Roma Statutunu ratifikasiya etməsinin məqsədi nə idi? Bu, Ermənistan hakimiyyətinin daha bir qeyri-məntiqli addımıdırmı? Çünki Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmaq erməni-rus münasibətlərində ciddi gərginlik yaradıb”.

“Üstəlik, ABŞ-nin yeni administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sərt mövqe tutur və keçmiş prezident Donald Tramp hətta məhkəməyə qarşı sanksiyalar tətbiq etmişdi. Belə olan halda, Ermənistanın bu iki il ərzində niyə Haaqa məhkəməsinə heç bir iddia təqdim etmədiyi sual doğurur. Beynəlxalq hüquq mexanizmlərindən istifadə etmədən Ermənistan hansı diplomatik və siyasi nəticələr əldə etməyi planlaşdırır?”, – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov

www.yenicag.az

78
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv