Həbsdə olan döyüşçü intihar etdi
Keçmiş Ultimate Fighting Championship (UFC) döyüşçüs, “Pepey” ləqəbi ilə tanınan Qodofredo Kastro 38 yaşında dünyasını dəyişib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, döyüşçü Florida ştatının həbsxanasında vəfat edib.
O, arvadına qarşı zorakılıq etdiyinə görə bu ilin iyun ayında həbs edilmişdi. Kastronun intihar etdiyi iddia olunur. Lakin həbsxana rəhbərliyi faciənin səbəbi ilə bağlı hələlik rəsmi nəticələri açıqlamayıb.
Kastro 2012-ci ildən 2018-ci ilə qədər UFC-də yarışıb, 22 MMA döyüşü keçirib, 14 qələbə qazanıb.












