Ermənistan ordusunda əsgər əsgəri güllələyib

media-hightechnic-468x90

Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində ölüm hadisəsi baş verib.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, mayın 10-da səhər saat 08:40-da hərbi qulluqçu, kiçik serjant Qagik Aruşeviç Mesropyan güllə yarası alıb. O, xəstəxanaya aparılarkən yolda keçinib.

Q. Mesropyanın əsgər yoldaşının silahla ehtiatsız davranması nəticəsində güllə yarası aldığı bildirilir.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600