Ermənistan parlamentinin üzvləri arasında dava düşüb.
Yenicag.az “Sputnik”ə istinadən xəbər verir ki, “Şərəfim var” blokundan olan deputat Anna Mkrtçyanın ölkənin Baş naziri Nikol Paşinyan haqqında səsləndirdiyi fikirlər parlamentdə gərginliyi artırıb.
Paşinyanın siyasi səhvləri haqqında danışan Mkrtçyan baş nazirin zala çoxlu mühafizəçi ilə gəlməsini də tənqid edib.
Digər deputatların Mkrtçyana etiraz etməsilə artan gərginlik spikerin onun mikrofonunu bağlayaraq iclası tərk etməsini söylədiyində ən pik həddə çatıb. Digər deputatlar mühafizəçilərin Mkrtçyanı zaldan çıxarmasına icazə verməyib. Daha sonra mühafizəçilərlə deputatlar arasında dava düşüb.
Həmin görüntüləri təqdim edirik: