Ermənistan parlamentində təcili iclas: Azərbaycanla sərhədin müəyyənləşməsi müzakirə ediləcək

media-hightechnic-468x90

Ermənistan parlamentində təcili olaraq Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə ediləcək.

Məlumata görə, parlamentdəki müxalif “Ermənistan” və “Mənim şərəfim var” fraksiyaları delimitasiya və demarkasiya məsələləri üzrə qurumun təcili iclasını çağırıblar.

Vurğulanıb ki, reqlamentə əsasən, deputatların dörddə birinin tələbi ilə parlamentin növbəti təcili iclası keçirilə bilər.

Qeyd edək ki, parlamentin dördgünlük iclası aprelin doqquzunda başlayacaq, fövqəladə ilk sessiyaya Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan dəvət ediləcəklər.

Mənbə: Hraparak

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa