!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistandan İsraili qıcıqlandıran ADDIM: İrəvanla Təl-Əviv arasında münasibətlər gərginləşir

!Reklam – Yazi

 

“1947-ci ildə BMT Sinay yarımadasının bir hissəsində iki – Fələstin və İsrail dövlətinin yaradılması təşəbbüsü ilə çıxış edib. İsrailin 1948, Fələstinin isə 1988-ci ildə müstəqilliyi elan olunub. Son bir ay ərzində Ermənistan da daxil olmaqla 5 ölkə – İspaniya, İrlandiya, Norveç və Sloveniya Fələstinin müstəqilliyini tanıyıb və beləliklə, Fələstini dövlət kimi tanıyanların sayı 148-ə çatıb. BMT-nin 193 üzvü olduğunu nəzərə alsaq, beynəlxalq birliyin əhəmiyyətli hissəsinin Fələstinin müstəqilliyini tanıdığını deyə bilərik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

 

O, Ermənistanın Fələstini müstəqil dövlət kimi tanımasından sonra İrəvanla Təl-Əviv arasında gərginləşən münasibətlərdən söz açıb.

Mütəxəssis xatırladıb ki, 1992-ci ili aprelin 15-də Azərbaycan Respublikası ilə Fələstin Milli Hakimiyyəti arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanıb:

“Bu o deməkdir ki, həmin tarixdən etibarən, Azərbaycan Fələstinin müstəqilliyini tanıyıb. Bu baxımdan, Ermənistanın Fələstinin müstəqilliyini tanımasının Azərbaycanla yaxından-uzağa heç bir əlaqəsi yoxdur. 2018-ci ildə Azərbaycan Respublikasının “Fələstin Dövlətinin Asiya ölkələrindəki Səfirlərinin Konfransı”na ev sahibliyi, habelə ölkəmizin Fələstinə davamlı yardımlar etdiyini nəzərə alsaq, Fələstin mövzusunda Azərbaycanla bağlı bütün manipulyasiyaların önəmsiz olduğunu deyə bilərik”.

Onun sözlərinə görə, ola bilsin ki, Ermənistan bu addımını, məhz İsraili qıcıqandırmaq üçün atıb:

“Amma bunun İsrail üçün də hər hansı bir önəm kəsb etmədiyini deyə bilərik. Ola bilsin ki, Ermənistan İsrailə qarşı “etirazını”, məhz bu müstəvidə ifadə etməyə çalışıb, lakin bunun effektiv olacağını düşünmürəm”.

Siyasi təhlilçi əlavə edib ki, diqqət çəkən məsələlərdən biri də Ermənistanın bu qərarının baş nazir Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığından qısa bir müddət sonra verməsidir:

“Təbii ki, bu məsələdə imperativ mövqe bildirmək üçün əlimizdə hər hansı bir rəsmi informasiya yoxdur. Amma Türkiyə Prezidenti ilə Ermənistanın baş naziri arasında baş tutan telefon danışığından sonra yayılan rəsmi informasiyanın, əvvəlkilərdən daha pozitiv olması bu ehtimalın gerçək ola biləcəyini təsdiqləyir”.
Rafi Müslümov

COP29

www.yenicag.az

372
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv