Ermənistanın bu qədər vətəndaşı parlament seçkilərində səs verəcək
Ermənistanda qarşıdan gələn parlament seçkilərində səsvermə hüququna 2,48 milyon vətəndaş malikdir.
YEnicag.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilib.
Məlumata görə, ən çox seçici İrəvanda qeydiyyata alınıb – 843 278 nəfər.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri cari ilin iyunun 7-də keçiriləcək./Report/













