Ermənistanın Naxçıvanla sərhəddə verdiyi itkilər məlum oldu

media-hightechnic-468x90

images_873026283Ermənistanın Naxçvanla sərhəddə verdiyi itkilər məlum oldu
Yenicag.az vətəninfo.az-a istinadən  xəbər verir ki, İyunun 26-da Erməni silahlı birləşmələrinin Naxçıvanla sərhəddə itki ilə nəticələnmiş əməliyyatlarının təfərrüatları məlum olub.

Redaksiyamız Ermənistanın Naxçıvanla sərhəd Sünik rayonunun Şaqat kənd sakini Mayis Ovenesyandan erməni əsgəri Arman Yepremyanın məhv edildiyi, digər iki erməni hərbiçisinin isə yaralandığı əməliyyat haqqında ətraflı məlumat əldə edib.
M. Ovenesyan Naxçıvanla sərhəddəki döyüş postunda xidmət edən əsgərlərdən eşitdikləri barədə yazaraq bildirir ki, iyunun 26-da verdikləri itgilər erməni hərbi rəhbərliyinin səhvi ucbatından baş verib. Belə ki, Qarabağdakı və Ermənistandakı hərbi rəhbərlikdəki dəyişikliklərdən sonra Naxçıvanla sərhəddə aktivləşmək istəyən ermənilər əməliyyat planlaşdırıblar. Erməni əsgərinin dediyinə görə bu əməliyyat Qarabağdan gəlmiş zabitlər tərəfindən hazırlanıb. Hücum əməliyyatı isə gözlənilməz senari uzrə baş verib. Belə ki, 60 nəfərdən ibarət hazırlıqlı hücum qrupalrının hamısının birdən-birə atəş altına düşəcəyini əvvəlcədən mümkün variant kimi nəzərdə tutmayıblar.

Bizim döyüş postumuza üç istiqamətdən hücuma keçmiş erməni xüsusi təyinatlıları həm qarşıdan, həm də yan hücum xəttindən güclü atəşə məruz qalıblar. Məhv edilmiş Yepremyana tibbi yardım göstərməyə belə macal tapmayan ermənilər güclü əks-hücum qarşısında geri çəkiliblər.
Ovenesiyan daha sonra məktubunda Sünik vilayətində sosial vəziyyətin ağır olduğunu, əhalinin mövcud iqtidardan narazılığının gücləndiyini, Naxçıvanla sərhəddə atəşkəsin hər dəfə öz əsgərləri tərəflərindən pozulduğunu yazıb. Onun sözlərinə görə atəşkəsin pozulmasında əsgərlərin yox onlara komandanlıq edən yeni hərbiçilərin günahı var. Onun kimi sakinlər isə indi əkin və biçin yerlərində işləməkdən çəkinirlər. Şaqat kənd sakini hazırkı Ermənistan iqtidarından da cana doyduqlarını dilə gətirib :
“Sarkisyan hökuməti xalqın etimadını itirərək oyuncaq iqtidara çevrilib. Müdafiə naziri Seyran Ohanyanın cəbhə bölgələrinə səfəri isə əsgərlərin ümidlərini doğrutmur. Çünki əsgərlər özbaşınalıqlara onun şərait yaratdığına əmindirlər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600