!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ermənistanın Ukrayna BLEFİ: “Paşinyan Rusiya ilə “müttəfiq” olmadıqlarını desə də...”

!Reklam – Yazi

“İrəvan və Moskva arasında ziddiyətlər olsa da, Paşinyan həm Qərblə, həm də Rusiya ilə əməkdaşlıqda balansı qorumağa çalışır”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin Ukrayna məsələsində Rusiyanın müttəfiqi olmadığına dair bəyanatını şərh edən politoloq Zaur İbrahimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan baş nazirinin bu yanaşması İrəvanın ikili standartlarının növbəti təzahürüdür:

“Avrasiya İqtisadi Birliyində iştirak edən Paşinyan təşkilatın Ermənistana qazandırdığı imkanları və bu qurum üçün əlindən gələni edəcəyini deyirdi. Digər tərəfdən, KTMT üzvü olan Ermənistan Rusiya ilə hərbi sahədə əməkdaşlıq edərək yeni silahlar aldı.

Eyni zamanda, Ermənistanın sərhədlərini Rusiya hərbçiləri qoruyur. Belə olan halda Paşinyanın bu bəyanatı yalnız ikili standartlara xidmət edən yeni oyun deməkdir. Düzdür, Ermənistan Rusiyadan strateji asılılığını azaltmağa çalışır. Lakin bu, Ermənistanın Rusiyanın əleyhinə oyun oynadığı mənasına gəlmir.

İrəvan və Moskva arasında ziddiyətlər olsa da, Paşinyan həm Qərblə, həm də Rusiya ilə əməkdaşlıqda balansı qorumağa çalışır. Baş nazir nə qədər Rusiya ilə müttəfiqliyin olmadığını desə də, bu elə söz olaraq qalır. Bu səbəbdən, dünya birliyi Ermənistanın bu mövqeyinə daha tənqidi yanaşmalıdır”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

1919
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv