“Ermənistanla Qarabağ arasında sərhəd olmayacaq”

media-hightechnic-468x90

kolrorotr“Ermənistan və Dağlıq Qarabağ arasında gömrük məntəqələri quraşdırıla bilməz”.  

Bu açıqlama ilə Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov çıxış edib.  

O, Ermənistanın Qarabağın iqtisadi inkşafında maraqlı olduğunu deyib:  

“Ermənistan və Dağlıq  Qarabağ arasında gömrük məntəqələri quraşdırıla bilməz. Ermənistan və Qarabağ vahid iqtisadi sistemə malikdir. Biz Qarabağın iqtisadi inkşafında maraqlıyıq. Heç kim bu məsələ ilə bağlı ayrı bir bəyanat vermək ixtiyarına sahib deyil”.  

Qeyd edək ki, bir müddət öncə Avrasiya İqtisadiyyat Komissiyasının sədri Anton Azarov Avrasiya İttifaqının sərhədlərinin yalnız Ermənistanı əhatə edəcəyini bildirmişdi.  

Onu da xatırladaq ki, Ermənistan Dağlıq Qarabağı indiyə qədər Gömrük və Avrasiya İttifaqlarının bir parçası etməyə çalışır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa