Əsəbləşən kişi keçmiş kürəkənini tüfənglə qovaladı – VİDEO

Türkiyədə ata qızından boşanan kürəkənini tüfənglə qovalayaraq qolundan yaralayıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Çorum şəhərində qeydə alınıb.

Belə ki, bir müddət əvvəl ərindən boşanan qadın ailəsinin evinə köçüb. Keçmiş həyat yoldaşı onunla danışmaq üçün eks-qayınatasının evinə gəldikdə aralarında mübahisə yaranıb.

Daha sonra qayınata keçmiş kürəkənini ov tüfəngilə qovalayaraq küçənin ortasında onu qolundan yaralayıb.

Videonu təqdim edirik: