!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əsədovdan məktəb direktoruna sərt CAVAB: “Soğan yeməmisiz, bəs soğanlar hanı?”

!Reklam – Yazi

Təhsil üzrə ekspert Kamran Əsədovla 302 saylı orta məktəbin direktoru Səkinə Rzayeva arasındakı qalmaqal səngimək bilmir.

Yenicag.az xəbər verir ki, xanım direktorun səsləndirdiyi sərt fikirlər qarşısında susmayan ekspert məktəb və direktorun fəaliyyətilə bağlı faktlar təqdim edib.

Kamran Əsədovun məktəb direktoruna cavabını olduğu kimi təqdim edirik:

“İlk növbədə qeyd edim ki, tənqidə çox açıq insanam və bu baş verəndə çox sevinirəm. Çünki bunun vasitəsi ilə daha da təkmilləşir, çatışmazlıqlarımı müəyyən edib, aradan qaldırıram. Amma haqlı tənqid. Amma beləsi demək olar ki, olmur. Mən heç kimin demədiyini deyən biriyəm. Buna görə də bir çoxları tez–tez mənim fikirlərimdən narahat olurlar. Ölkədə fikir azadlığı var və bu ölkə başçısının siyasətinin əsasını təşkil edir, bu konstitusiyanın vətəşdaşa verdiyi hüquqdur.

Ölkə prezidenti İlham Əliyev 13 iyun 2007-ci ildə, Yaponiyanın “Nikkey” (“Nihon Keydzay Şimbun”) qəzetinin müxbirinə müsahibəsində demişdi ki, Biz qanunun aliliyinin təmin olunduğu, yüksək səviyyədə şəffaflıq olan, hər bir insanın sülh və əmin-amanlıq şəraitində yaşadığı və bütün azadlıqlardan istifadə etdiyi cəmiyyət qururuq”.

Amma bir çoxları konstitusiyamızın, prezidentimizin bizə verdiyi hüquqdan istifadə etməyə imkan vermirlər. Onlar o qədər çirkaba batıblar ki, bir gün onların da yarıtmaz fəaliyyətini ortaya çıxaracağımdan narahatdırlar. Mən ölkə prezidentinə, onun qərarlarına, ölkə qanunlarına arxayınam.

Belə başa düşürəm ki, Təhsil Nazirliyinə tabe məktəb rəhbərliyinin belə bir açıqlama verməsi onun ölkə başçısının siyasətinə qarşı olmasıdır. Əgər bu direktor səsləndirdiyi əsassız faktlara görə tabeliyində olduğu qurumların rəhbərliyi tərəfindən məsuliyyətə cəlb olunmasa, deməli, bu dolayısı ilə Təhsil Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin prezidentin açıq sözə, fikrə münasibətinə qarşı olması deməkdir. Düşünürəm ki, bu qurumlar həmişə tənqidə açıq olublar və çatışmazlıqları dediyimə görə mənə qarşı heç vaxt kin güdməyiblər. Amma bu xanım direktor deyəsən özünü rəhbərliyinə xoş göstərmək üçün vəzifə səlahiyyətlərini aşıb. Yəni Roma papasından artıq katolik olmaq istəyib. Belə ki, Mikayıl Cabbarovun vaxtından etibarən Nazirlik bizdən irad və təkliflərimizi bildirməyi həmişə istəyib və buna müsbət yanaşıb. Ümumi işin xeyri üçün buna həmişə ehtiyac olduğunu deyiblər.

Hörmətli direktora deyim ki, hər gün dərs saatlarında Bakı küçələrində əlində abituriyent jurnalı olan nə qədər şagird gəzir. Əslində orta məktəbdə olmalı olan şagirdlər hazırlıq kurslarında, repititor yanındadırlar. Heç bir məktəb direktoru şagirddən nəsə almasa uşağı 5-6-cı saatdan, və ya həftənin müəyyən günləri buraxmır. Ya buraxmır, ya da nəyinsə qarşlığında icazə verir ki, uşaq dərsə gəlməsin, getsin hazırlıqlara.
Sizin məktəbin də vəziyyəti eynidir. Mən yaxın vaxtlarda sizin məktəbə mütləq gələcəm və gəlib 6-7-ci saatlarda davamiyyətə baxacam, əmin olun. Onsuzda sizin məktəb barədə informasiyalarım var və onları zaman-zaman işıqlandıracam.

Siz peşəkar təhsil işçisi olsaydınız, çalışdığınız məktəbin təlim, tədris nəticəsi yaxşı olardı. Bunu mən demirəm, bunu Dövlət İmtahan Mərkəzinin rəsmi rəqəmləri deyir.

Bu həmin şəxsin rəhbəri olduğu orta məktəbin göstəricisidir. Məhz siz rəhbərliyə başladıqdan sonra məktəb çox sürətlə geriyə gedir.

302 saylı orta məktəbin ali məktəblərə qəbulolma faizinin dinamikası da onu göstərir ki, bu məktəbdə təhsilin keyfiyyəti orta statistik rəqəmlərdən dəfələrlə aşağıdır. Təkcə 2017-ci ildə 302 saylı orta məktəbin məzunlarının ali məktəblərə qəbul faizi 50 faizdən aşağı olub. Bu da 302 saylı orta məktəbin son illərdəki bərbad nəticəsinin göstəriciləri:

Məktəbdə təkcə təhsilin səviyyəsi aşağı deyil, eyni zamanda idarəetmə, psixoloji xidmətin vəziyyəti də bərbaddır. Orada şagirdin başına nə oyun açırlaraa, onlar intihar edir. 11 Oktyabr 2018-ci ildə 302 saylı orta məktəbin 3-cü sinif şagirdi intihara cəhd edib. Bu məktəbdə şagird tənəffüs zamanı məktəbin 3-cü mərtəbəsinə qaçaraq özünü pəncərədən atmaq istəyib. Yəni bunlar göstərir ki, 302 saylı orta məktəbdə sağlam mühit yoxdur. Hesab edirəm ki, BŞTİ bununla bağlı tədbir görəcək. Əks halda bu kimi aşağı nəticəsi olan məktəb rəhbərliyinin vəzifədə saxlanılmasında hansısa maddi marağın olduğunu düşünəcəm.

Mən yenə də deyirəm, Bakı şəhərində bir çox məktəb direktoru 10-11-ci sinif şagirdlərinin nəyinsə qarşılığında dərsə gəlməməsinə göz yumur. Hətta bir çoxu şagirdlərin xüsusi müəllimlərin yanına, hazırlıq kurslarına getməsini tövsiyə, israr edir və bunun qarşılığında aylıq haqq alırlar.

Soğan yeməmisiz, bəs soğanlar hanı? Sədəcə olaraq, mənim uğurlarım bir çoxlarını narahat edir. Belələri bədbəxt insanlardır. Mən təhsilin inkişafı üçün 15 ildir təmənnasız fəaliyyət göstərirəm. Amma sizlərin təhsildə heç bir rolunuz, fəaliyyətiniz yoxdur. Mən dəfələrlə müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün çoxsaylı təkliflərlə çıxış etmişəm. Mən də müəlliməm. Heç kim hansısa bir müəllimi təhqir etdiyimi deyə bilməz. Mən sadəcə olaraq dövlətin rəsmi rəqəmlərini deyirəm, belə çıxır ki, Səkinə xanım, siz dövlətə qarşı çıxırsınız?!

Sizin təkcə təlim nəticəniz aşağı deyil, düşünürəm ki, savadınız da aşağıdır. Sizin direktor olmağınız sizin ağıllı, savadlı olmağınız demək deyil. Mən direktor olmaq üçün yox, təhsil biliklərimi artırmaq üçün təlimlərə qoşulmuşdum. Müsabiqə və müsahibəni keçəndən sonra özüm təyinatdan imtina etdim. Çünki özəl sektorda fəaliyyət mənim üçün daha effektivdir. Ona görə ki, mən daima axtarışdayam, daima öz üzərimdə işləyirəm.

Mən sizi tanımıram, tanımaqda da maraqlı deyiləm. Amma tövsiyə edirəm ki, mənim ödədiyim vergi hesabına aldığın maaşın haqqını ver. Mən sizdən fərqli olaraq sözün düzünü deyirəm. Zəhmət olmasa ümumi fikirlə yox, mənim fikirlərimə faktlarla cavab ver. Bax, mən faktlarla sizin məktəbin nəticələrinin nə qədər bərbad olduğunu deyirəm. Sizin rəhbərliyiniz altında çalışan məktəbin buraxılış və qəbul imtahanlarında nəticələri olduqca aşağıdır. Sosial şəbəkələrdə vaxt keçirməkdənsə, zəhmət olmasa, arada bir məktəbə baxın. Yoxsa sizə yeni vəzifə verilib ki, ölkədə həddi, sərhəddi müəyyən edirsiniz? Siz öncə öz işinizlə məşğul olun. Sizin fəaliyyətiniz dövründə məktəbin 3-cü sinif şagirdi özünü öldürmək istədi.

Bir də, mən heç kimi, heç bir müəllimi təhqir etmirəm. Təhsil Nazirliyinin keçirdiyi rəsmi imtahanların nəticələrini paylaşıb şərh edirəm. Bu da imtahan iştirakçılarının öz nəticəsidir.

Son 2 il ərzində 302 saylı orta məktəbin məzunlarının ali məktəblərə orta qəbulolma faizi 26.85, qəbulolma göstəriciləri üzrə ümumiləşdirilmiş reytinq isə 0.630-a bərabər olmuşdur. 2016-2017-2018-ci illərin qəbul kampaniyalarında qəbulolma faizi orta respublika göstəricisindən aşağıdır. Son qəbul kampaniyasında qəbulolma faizi 17.92% azalıb. Bu, 302 saylı orta məktəbin təhsil səviyyəsinin nə qədər yarıtmaz olduğunu göstərir. Yəni bu DİM-in rəsmi rəqəmləridir.

Həmişə demişəm, indi bu savadsız şəxsə yenədə deyirəm ki, mənim səsləndirdiyim rəqəmlər, fikirlər hamısı rəsmi statistik göstəricilərə söykənir. Yəni Təhsil Nazirliyinin keçirdiyi imtahanlar, DİM-in keçirdiyi imtahanlardan ortaya çıxan rəqəmləri deyirəm, yazıram. Sadəcə olaraq sizlər nə işlə məşğul olduğunuzu blmədiyiniz üçün, bir kitab, elmi jurnal oxumadığınız üçün məlumatınız yoxdur. Mən heç vaxt müəllimləri təhqir etməmişəm. Belə çıxır ki, siz tabeliyində çalışdığınız nazirliyi ittiham edirsiniz. Çünki DQ, MİQ, “İstedadlı şagirdlər üçün istedadlı müəllim” və digər imtahanları keçirən, müəllimlərin bilik və bacarıqlarını ortaya çıxaran onlardır. Siz bunlardan təhsildən xəbərsiz olduğunuz kimi məlumatsız olduğunuza görə xəbərdar deyilsiniz. Belə olan halda siz Təhsil Nazirliyi və Bakı şəhər Təhsil İdarəsini təhqir edirsiniz.

Mən heç bir informasiyanı rəsmi mənbəyə istinad olmadan ortaya çıxarmıram.

Bir də təhsildə heç bir uğuru, fəaliyyəti olmayan, adını belə tanımadığım, amma çalışdığı məktəbin nəticəsi çox aşağı olan bu direktora deyim ki, mən 2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsini bakalavr, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini, 2015-ci ildə Bakı Dövlət Universitetinin Vətən Tarixi ixtisası üzrə dokturanturasını, 2018-ci ildə AMEA-nın tarix institunun doktranturasını bitirmişəm. Azərbaycan Respublikası Konstitusiyası adlı vəsaitin müəllifi, orta məktəblərin X sinifi üçün Azərbaycan tarixi və Ümumi tarix kitablarının həmmüəllifi, xarici indeksli elmi jurnallarda 15 elmi məqalənin müəllifiyəm.

İndi de görüm, bu təhsilin hansı hissəsi alababatdır? Azərbaycanın ən yüksək ali təhsil müəssisələrini bitirmişəm.

302 saylı orta məktəbin respublika üzrə qəbulolma faizinin orta qiyməti 38.64% təşkil etmişdir (ixtisas qrupları üzrə: I qrup – 45.63%; II qrup – 55.46%; III qrup – 34.48%; IV qrup – 24.67%; V qrup – 31.38%;). Cədvəldən göründüyü kimi, məktəbin məzunlarının qəbul olma faizi orta respublika göstəricisindən çox aşağıdır .

Məktəbin məzunlarının orta balı orta respublika göstəricisindən çox aşağıdır. Gör məni kim tənqid edir? Öz gözündə tiri görmür, mənim gözümdə çöp axtarır.

Təəssüf ki, sizin kimi direktorlar təhsil sistemində az deyil. Amma sizə vaxt ayırmaq istəmirəm. Çünki daha faydalı işlə məşğulam”.

www.yenicag.az

6093
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv