Ev yandı – İçindəki 25 min pul da kül oldu

media-hightechnic-468x90

ev-yandiiiÖtən gecə Bakının Sabunçu rayonunda yanğın baş verib.

Hadisə rayonun Albalılıq 1 yaşayış massivində Teymur Mirzəyevə məxsus fərdi yaşayış evində baş verib. Yanğın ümumi sahəsi 130 kv.m olan birmərtəbəli evi bütünlüklə əhatə edib. Məlumata görə, həmin vaxt evdə Teymur Mirzəyevin həyat yoldaşı Əzizə Mirzəyeva və iki azyaşlı nəvəsi də olub. Qəfil yaranmış alovdan qorxan qadın çıxış yolunu uşaqları da götürüb bayıra qaçmaqda görüb.

Hadisə barədə danışan Əzizə Mirzəyeva yanğın vaxtı bir çox qiymətli əşya ilə yanaşı 25 min manat məbləğində pulun da yanaraq kül olduğunu bildirib.

Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb və yaxınlıqdakı tikililər də yanğından mühafizə edilib. Ancaq ailə üzvlərinə dəymiş ziyanın çox olduğu bildirilr. Onların yardımına ilk gələn isə qonşu olub.

Faktka əlaqədar araşdırmalara başlanılıb.(ans)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600