Reklam: High Technic
hightechnic

"Evin açarını verdim ki, pişiklərimə baxsın, pullarımı oğurladı" - Azərbaycanlı idmançı

Azərbaycanlı taekvandoçu Fəridə Əzizovanın evindən oğurluq edən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə Yenicag.az-a zərərçəkən şəxsin özü məlumat verib. Onun sözlərinə görə, Əzizovaya dəymiş 67 min manatın 53 mini geri qaytarılıb. Bəzi şahidlər məhkəmədə iştirak etmədiyindən proses sentyabrın 13-nə təyin olunub:

“Məhkəmə bir həftə sonraya ertələndi. Bəzi şahidlər var ki, hələ də gəlməyiblər. Mənə 67 min manat ziyan dəymişdi. Həmin məbləğin 53 min manatını qaytarıblar. Nərgiz mənim rəfiqəmin bacısı idi. Mən xaricdə olanda ona evimin açarını vermişdim ki, pişiklərimə yem versin. Nərgizi rəfiqəmin sayəsində tanımışdım. Münasibətimiz yaxşı idi. Hadisə baş verəndən sonra bacısı heç nə demədi. Onsuz da ünsiyyətimiz qalmayıb. Nərgiz hazırda ev dustaqlığındadır. Əslində, bu gün axırıncı məhkəmə olmalı idi. Sadəcə, sentyabrın 13-nə təyin edildi. Yəqin ki, bu da sonuncu məhkəmə olacaq”.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib. Nicat İsrafilov və Nərgiz Fərəcova idmançının evinə daxil olaraq içində pul olan seyfi aparıblar. Oğurluqda təqsirli bilinən Nərgiz Fərəcova taekvandoçunun rəfiqəsinin bacısıdır.

Onu da qeyd edək ki, oğurluqda iştirak edən Nicat İsrafilov əvvəllər məhkumluq həyatı yaşayıb.

Emin Səfərov

www.yenicag.az

1308