!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

FHN-in növbəti yanğın-xilasetmə qrupu  Türkiyəyə daxil olur - VİDEO / YENİLƏNDİ 

!Reklam – Yazi

Türkiyəyə yardım üçün yola çıxan FHN-çilər artıq Batumdadır.

Hazırda FHN-çilər Batumdan Türkiyə ərazisinə daxil olurlar.

Qeyd edək ki, FHN-in 100 nəfərlik heyəti, o cümlədən amfibiya təyyarəsi və helikopterləri Marmaris də daxil olmaqla, bir neçə ərazidə yanğınsöndürmə prosesinə iki gündür qoşulub.

Ötən gün isə 1 helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 220 nəfər yanğınsöndürən və xilasedicinin daxil olduğu növbəti qrup Bakıdan yola düşüb.

***

01.08.2021  14:08

Məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu dünən axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşüb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a bildirilib ki, hazırda qrup qonşu Gürcüstan ərazisində Türkiyəyə doğru hərəkət edir.

 

www.yenicag.az

797
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv