“Fırat kalkanı” antiterror əməliyyatı: Hücum hazırlığındakı terrorçular zərərsizləşdirildi
Türkiyə hərbçiləri hücum hazırlığındakı 7 terroçunu zərərsizləşdirib.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyanın şimalında həyata keçirilən “Fırat kalkanı” antiterror əməliyyatı ərazisində hücum hazırlığındakı 7 terrorçu zərərsizləşdirilib.
Bununla da gün ərzində zərərsizləşdirilən terrorçuların sayı 16-ya yüksəlib.