Azərbaycan millisi Avropa Liqasında Estoniyanın məğlub etdi
Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasında növbəti matçını keçirib.
Yenicag.az-ın məlumatına görə, Faiq Qarayevin baş məşqçi olduğu komanda, Estoniya ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin 3:0 (25:15, 25:14, 25:20) hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, yığma ilk görüşdə İsveçə 0:3 hesabı ilə məğlub olub.












