Ermənistanda parlament seçkilərində səsvermə başa çatdı - YENİLƏNDİ

media-hightechnic-468x90

Ermənistanda keçirilən parlament seçkilərində səsvermə başa çatıb.

Yenicag.az xəbər verir ki, saat 17:00-a olan məlumata görə, səsvermə hüququ olan əhalinin 48,9 faizi artıq öz seçimini edib. Yəni 2 milyon 503 min 976 seçicidən 1 milyon 224 min 957-si artıq səs verib.

Bu da 5 il bundan əvvəlki seçkidəki seçici fəallığından 11 faiz çoxdur.

Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə – iki blok və 16 partiya iştirak edib. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.

***08:06

Ermənistanda yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə eyni) parlament seçkilərində səsvermə başlayıb.

Yenicag.az xəbər verir ki, ölkədə 2 milyon 485 min 851 nəfər səsvermə hüququna malikdir.

Ölkə üzrə 2 min 5 seçki məntəqəsi açılıb. Bu seçkilərin nəticələri Ermənistanın yeni baş nazirini də müəyyənləşdirəcək.

Seçkilərdə ümumilikdə 18 siyasi qüvvə – iki blok və 16 partiya iştirak edir. Parlamentə girmək üçün partiyalara 4 %, bloklara isə 8 % (iki partiyaya qədər) və 10 % (ikidən çox partiya) hədd müəyyən edilib. Seçici iştirakı üçün hədd nəzərdə tutulmayıb.

Seçkiqabağı kampaniya əhəmiyyətli xarici təsir şəraitində keçib və ekspertlərin qiymətləndirmələrinə görə, bunun əsas mənbəyi Rusiya olub. Ölkənin aidiyyəti qurumları müxalif bloklar və partiyalar tərəfindən seçicilərin ələ alınması cəhdlərini dəfələrlə qeydə alıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05