İraqda zəvvarları daşıyan avtobus yandı: Onlarla ölü var

media-hightechnic-468x90

İraqın Zikar vilayətində sərnişin avtobusunun digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində dəhşətli faciə baş verib.

Yenicag.az xəbər verir ki, qəzadan dərhal sonra avtobusda güclü yanğın qeydə alınıb.

Rəsmi qurumların ilkin məlumatına görə, hadisə zamanı azı 25 nəfər yanaraq həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Məlumata görə, qəzaya uğrayan şəxslər Kərbəla vilayətindəki müqəddəs ziyarətgahları ziyarət etdikdən sonra Bəsrədəki evlərinə qayıdan zəvvarlar olub.

Zikar valisi dərhal hadisə yerinə gedərək vəziyyətlə tanış olub.

Faktla bağlı genişmiqyaslı araşdırma və istintaq hərəkətlərinə başlanılıb.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05