Paris Cənubi Qafqazda növbəti silahlı qarşıdurmanı təhrik edir.
Yenicag.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa ilə Ermənistan arasında “Caesar” özüyeriyən artilleriya qurğularının tədarükünə dair imzalanmış müqavilə ilə bağlı sualı cavablandırarkən bildirib.
“Fransa rəhbərliyi Ermənistanın maraqlarını, konkret xalqın maraqlarını rəhbər tutmur. Paris ölkələr daxilində və ya ölkələr arasında mövcud fikir ayrılıqlarından, ziddiyyətlərdən sırf öz fürsət güdən məqsədlərinə çatmaq üçün bir alət kimi istifadə etməyə çalışır”, – deyə Zaxarova vurğulayıb.
O əlavə edib ki, Fransa təkcə öz maraqlarını təşviq etmir, həm də NATO ideologiyasının daşıyıcısı kimi çıxış edir.
www.yenicag.az