Futbolda inanılmaz OLAY: Komandanın həkiminə sarı vərəqə göstərildi

media-hightechnic-468x90

Meydançada zədələnən futbolçuya yardım göstərmək istəyən həkim cəzalandırılıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə 1-ci Futbol Liqasında kuryoz olay yaşanıb.

Məlumata görə, “Ankaragücü” – “Keçiörəngücü” matçında birincilərin futbolçusu zədələnib və meydançada yıxılıb qalıb.

Bunu görən komandanın həkimi onun yardımına qaçarkən, hakim tərəfindən dayandırılıb.

Hakimlə mübahisəyə başlayan həkim isə futbolda nadir görülən halla üzləşib. Ədalət təmsilçisi həkimi sarı vərəqə ilə cəzalandırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600