!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gedişhaqqına görə taksi sürücüsünü qətlə yetirdi - Şəmkirdə

!Reklam – Yazi

Şəmkir rayonunda takisi sürücüsü qətlə yetirilib.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndinə baş verib.

Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mursəl oğlu Yusibovun avtomobilinə sərnişin qismində əyləşən, 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb. Ora çatanda sərnişinlə sürücü arasında gedişhaqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

 

Hadisədən sonra A.İsgəndərov qaçsa da polis əməkdaşları onu saxlayaraq istintaqa cəlb ediblər.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

www.yenicag.az

2481
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv